Ərdoğan Britaniyanın baş naziri ilə görüşüb

Brüsseldə NATO-ya üzv ölkələrin liderlərinin fövqəladə zirvə
toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Böyük Britaniyanın baş naziri Boris Conson arasında görüş baş
tutub.

AzerTimes-ın məlumatına görə, görüşdə Türkiyə XİN rəhbəri Mövlud
Çavuşoğlu, Türkiyənin müdafi naziri Hulusi Akar və digər rəsmi
şəxslər iştirak edib.

Görüş mətbuata qapalı formatda keçirilib.