Ərdoğan: “Bir gecə qəfil gələ bilərik” deyəndə…

Ərdoğan: “Bir gecə qəfil gələ bilərik” deyəndə…

Bizim Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur. Türkiyədə müxalifət hadisəni belə bir nöqtəyə gətirirsə, bu müxalifətin həm keyfiyyətini və dəyərini ortaya qoyur.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Hazırda Suriyada atdığımız bütün addımlarla, xüsusilə şimal bölgəsində Fəratın şərqindən və qərbindən Aralıq dənizinə qədərki bölgədə ruslarla apardığımız işlərdə terrorla mübarizə var. Terrora qarşı mübarizəmizi burada birlikdə davam etdiririk. Mən həmişə deyirəm, demokratiyanın ən mühüm xüsusiyyətlərindən biri güclü müxalifətdir. Təbii ki, bizim güclü müxalifətimiz yoxdur. Problem bundadır. Yəni Suriyada baş verənlərdən xəbərləri yoxdur. Biz isə Obama dövründən bu yana orada eyni əzmlə apardığımız mübarizəni davam etdiririk. Bir gecə qəfil gələ bilərik deməyimiz əbəs yerə deyil. Bunu isə vaxtı gələndə etmək olar. Amma bunu da deyim ki, birdə Türkiyədən heç kim soruşmasın ki, belə bir şeyə hazırsınızmı? Biz bütün bunlara hazırıq. Hazır olduğumuz kimi hər an lazım olanı da etmək gücümüz var”, – prezident bildirib.

Ərdoğan həmçinin deyib ki, istər Suriya, istər İraqda terrorçuların güc qaynağı Amerikadır:

“Hal-hazırda, xüsusilə Amerika, çox təəssüf ki, minlərlə yük maşınları silah, sursat, alətlər, avadanlıqlar və ağlınıza nə gəlirsə hamısını Suriyada yığır. Bu yığımı kim edir? Tamamilə terror təşkilatları. Birləşmiş Ştatlar deyə bilməz ki, mən terroru bəsləməmişəm. Suriyada terroru ilk növbədə qidalandıran məhz ABŞ və koalisiya qüvvələridir. Bunu vəhşicəsinə etdilər və indi də buna davam edirlər. Onlar bundan usanmayıb, İraqda da eyni şeyi etdilər. Kimə? Yenə də terror təşkilatlarına. Əgər bu gün İraqda iğtişaşlar varsa, təəssüf ki, bunun arxasında yenə Amerika dayanır”.

Teqlər: