Ərdoğan azərbaycanlı məzuna diplom verdi – Video

Ərdoğan azərbaycanlı məzuna diplom verdi – Video

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “ST və MKS” fakültəsinin məzunu Nuran Qənbərliyə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan diplom təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti məlumat yayıb.

Məlumata görə, 2015-ci ildən daxili işlər orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə zabitlik kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.

Teqlər: