Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Hökuməti ilə
Azərbaycan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində
əməkdaşlıq haqqında” Sazişi təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc
olunub.
Qeyd edək ki, Saziş 2021-ci il sentyabrın 28-də Ankara şəhərində
imzalanıb.