Ərdoğan Azərbaycanla peşə təhsili sahəsində əməkdaşlığa dair protokolu təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili
sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə qərar “Resmi Gazete”də qeyd olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın
genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin
öyrənilməsini ehtiva edir.

Teqlər: