Türkiyədə Ali Hərbi Şuranın iclası keçirilib.
AzerTimes-ın məlumatına görə, iclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik edib.
Ankarada Prezident sarayında keçirilən tədbir bağlı qapılar arxasında baş tutub və iki saata yaxın davam edib.
Qeyd olunub ki, iclas zamanı Türkiyə Silahlı Qüvvələrinə yeni təyinatlar, orta və ali zabitlərin rütbələrinin artırılması və ya təqaüdə çıxarılması məsələləri müzakirə edilib.
İclasda Türkiyənin vitse-prezidenti, müdafiə naziri, Baş qərargah rəisi, qoşun növlərinin komandanları iştirak edib.
Tərcümə (Orxan Nəbiyev)