Ərdəbilli müğənni dünyasını dəyişdi

Ərdəbilli müğənni dünyasını dəyişdi

Tehranda yaşayan ərdəbilli müğənni, İranda müasir musiqi sənətinin öncül simalarından olan Nəsrullah Nəsehpur dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bir neçə gün öncə beyin infarktı keçirən sənətçi iyunun 18-i gecə saatlarında 83 yaşında həyatını itirib.

İran Musiqi Evinin İdarə Heyətinin keçmiş üzvü olan Nəsehpur 1940-ci ildə Ərdəbildə dünyaya gəlib, ilk və orta təhsilini doğma şəhərində aldıqdan sonra Tehrana köçüb.

Teqlər: