Ərdəbildə Səlcuqlar dövrünə aid tarixi abidə olan Cümə məscidi dağılmaq təhlükəsi ilə üz-üzədir.
AzerTimes xəbər verir ki, bunu Ərdəbilin başçısı Seyid Məhəmməd Etimad Ecazi mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran Mədəniyyət, Turizm və Əl İşləri Nazirliyi tarixi abidənin təmir-bərpası üçün lazımi vəsaiti ayırmayıb. Nəticədə ölkənin milli əsərlər siyahısına alınan tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib.