Ərdəbildə Ana dili Günü ilə bağlı aksiya keçirildi

Ərdəbildə Ana dili Günü ilə bağlı aksiya keçirildi

21 fevral Beynəlxalq Ana dili Günü ərəfəsində milli-mədəni fəallar Ərdəbil şəhərində mədəni aksiya keçirib və uşaqlara Azərbaycan dilində kitablar paylayıblar.

AzerTimes xəbər verir ki, bu barədə fəallar sosial mediada paylaşım ediblər.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiyada Azərbaycan dili, mədəniyyəti və ana dilində təhsil hüququ ilə bağlı maarifləndirici bülletenlər də paylanılıb.

Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.

Teqlər: