Ərazilərin minalardan təmizlənməsində Azərbaycana növbəti yardım
paketi hazırlanır.
Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırkı paketin həcmi 2,5 milyon avro
təşkil edir.
“Aİ BMT-nin İnkişaf Proqramı vasitəsilə Azərbaycan Minatəmizləmə
Agentliyinə yardım və texniki dəstək göstərir. Biz minaların
təmizlənməsi kimi vacib məsələdə dəstəyimizi davam etdirəcəyik”, –
səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)