Elnur Rzayev müalicədən qayıdan 93 yaşlı şəhid atasını evində ziyarət edib (FOTO)

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda
gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən
oğullarının ailələri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev tərəfindən mütəmadi olaraq ziyarət olunur.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və qurumun məsul
əməkdaşları Çarxı kəndində şəhid Cəlal İslamovun atası Ağahüseyn
İslamovu müalicədən qayıtdıqdan sonra evində ziyarət edib. İcra
başçısı 93 yaşlı Ağahüseyn İslamovun səhhəti ilə maraqlanıb.
Görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti
sayəsində xalqımızın Vətən müharibəsində qazandığı qələbədən
danışılıb. Bu qələbə sayəsində 30 illik Vətən həsrətinə son
qoyulduğu qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan
tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim
qürur duyduğumuzu xüsusi vurğulayıb.

Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı
göstərildiyini, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu
qeyd edən icra başçısı Xaçmaz rayonunda bu qayğının bundan sonra da
daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya, maddi və mənəvi
köməyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.

Teqlər: