Əqli Mülkiyyət Agentliyi “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyini akkreditasiyadan keçirib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət
qeydiyyatından keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi”
İctimai Birliyi əmlak hüquqlarını kollektiv əsasda idarə edən
təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün Əqli
Mülkiyyət Agentliyinə müraciət etmişdir. Müraciətlə əlaqədar
ictimai birlik tərəfindən təqdim olunan sənədlərin müəllif-hüquq
qanunvericiliyinə uyğun şəkildə təhlil edilməsi məqsədilə
Agentlikdə Akkreditasiya Komissiyası yaradılmışdır.

Bu günlədrə Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya
Komissiyasının iclasında ictimai birliyin müraciətinə müsbət rəy
bildirilib. Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin 5 (beş)
il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə
qərar qəbul edilib.

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı
(akkreditasiyası) haqqında şəhadətnamə Agentliyin İdarə Heyətinin
üzvü, sədr müavini Sənan Tapdıqov tərəfindən “Rəqəmli və
Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin İdarə Heyətinin
sədri Murad Babayevə təqdim edilib.
Qeyd edək ki, “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai
Birliynin əsas fəaliyyəti ifaçıların, fonoqram istehsalçılarının və
yayım təşkilatlarının əmlak hüquqlarının kollektiv əsasda
idarəçiliyini həyata keçirmək və onların hüquqlarını qorumaq və
təmsil etmək, o cümlədən ifalar, fonoqramlar və verilişlərin
istifadəsinə görə qonorarların toplanılmasını və bölüşdürülməsini
təmin etməkdir.

Teqlər: