Əpl smartfon istehsalında ikinci yerə düşdü

Əpl smartfon istehsalında ikinci yerə düşdü

“Əpl” smartfonlarının tədarükü 2024-cü ilin birinci rübündə təxminən 10% azalıb.

AzerTimes xəbər verir ki, bu barədə İDC araşdırma şirkəti bildirib.

Məlumata görə, Əpl ən böyük istehsalçılar reytinqində birinci yeri “Samsunq”a uduzaraq yenidən ikinci yerə düşüb.

“Samsunq” 2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükünü 7,8% artaraq 289,4 milyon ədədə çatdırıb. Hazırda “Samsunq”un payı 20,8%, “Əpl” – 17,3%, “Xiaomi” – 14,1% təşkil edir.

Teqlər: