Əpl Pelosiyə görə yeni “Ayfon”un təqdimatını təxirə salır

Əpl Pelosiyə görə yeni “Ayfon”un təqdimatını təxirə salır

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar olaraq, Əpl şirkəti yeni “Ayfon 14”ün təqdimatını təxirə sala bilər.

AzerTimes xəbər verir ki, bu barədə “GSMArena” məlumat yayıb.

Məlumata görə, Çin Kommunist Partiyası daşınma sənədlərində Tayvan və ya Çin Respublikasının adının çəkilməsini qadağan edən yeni qaydalar hazırlayıb. Bu da elektron avadanlıqların Tayvana qaytarılması ilə nəticələnə bilər.

Qeyd olunur ki, Pelosinin Tayvana səfəri zamanı “Pegatron” şirkətinin vitse-prezidenti də orada olub. Bu, Çin və Tayvan arasında ticarət müharibəsini daha da gücləndirə bilər.

Əpl artıq tayvanlı tərəfdaşları ilə danışıqlara başlayıb və onlardan elektron məhsulların üzərindəki “Tayvanda istehsal olunub” etiketlərini silməyi və ya dəyişdirməyi xahiş edib.

Teqlər: