Əpl-dan Ayfon istifadəçilərinə xəbərdarlıq

Əpl-dan Ayfon istifadəçilərinə xəbərdarlıq

Əpl şirkəti Ayfon sahiblərinə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, şirkət Ayfon sahiblərinə mobil telefon enerji yığarkən telefonu bədənə, yastığın altına və ya yorğana qoymamağı tövsiyə edib.

Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik şoku, şəxsi xəsarət və ya Ayfon və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər. Həmçinin orijinal olmayan enerji ötürən cihazlarının istifadəsi yanğına səbəb ola biləcəyi vurğulanıb.

Teqlər: