Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik məsələsidir – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən
biri ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz
təmin edilməsidir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas
vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir
texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları
səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi
və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından
ibarətdir.

Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq
Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən
əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı
xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri
yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik
elektrik stansiyaları tikilmişdir.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Bakıda enerji həftəsi işə
başladı, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik
məsələsidir” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları iqtisadçı ekspert Emin
Qəribli, enerji mütəxəssisi Samir Heydərov və Beynəlxalq
Münasibətlər üzrə ekspert Nazim Cəfərsoy mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=o7vf5cRmC4w

Teqlər: