Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb (FOTO)

Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində
Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb. Görüşdə iki ölkə
arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud
vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
energetika naziri regional və qlobal enerji təchizatının təmin
olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin
əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu
istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar
haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti
onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi
töhfələri qeyd edib.

Baş nazir Kiril Petkov isə Azərbaycan qazının Bolqarıstana
nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq
Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası
barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır
olması üçün lazimi addımların atıldığını bildirib.

Teqlər: