Ənənəvi Braziliya karnavallarlı koronavirus səbəbindən təxirə salınıb

Rio-de-Janeyro və San-Pauluda samba məktəblərinin ənənəvi karnaval paradları koronavirusun omikron ştammının yayılması ilə əlaqədar aprel ayına təxirə salınıb.

Trend TASS-a istinadən xəbər verir ki, barədə cümə günü Rio-de-Janeyro meriyası məlumat yayıb.

Qeyd olunur ki, bu qərarı ölkənin iki ən böyük meqapolislərinin merləri Eduardo Pais və Rikardo Nunes cümə günü keçirilən görüşdə birgə qəbul ediblər. Görüşdə samba məktəblərinin yerli assosiasiyalarının rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, son həftə ərzində Braziliyada koronavirusa yoluxanların sayı bütün pandemiya ərzində ən yüksək olub. Hazırda ölkə xəstəliyə yoluxanların və ölənlərin sayına görə ilk yerlərdə qərarlaşıb.