Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Yaponiyanın cənub-qərbində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə məlumatı yerli Kyodo agentliyi yayıb.

Qeyd olunur ki, xəsarət alanların hamısında yüngül zədələr müşahidə olunur. Onların həyatı üçün hər-hansı bir təhlükə yoxdur.


Xatırladaq ki, zəlzələ ölkənin cənub-qərbindəki Miyazaki və Oita prefekturaları bölgəsində baş verib. Təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib. Zəlzələ yerli atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyət yaratmayıb.

Teqlər: