“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı
planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı
uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yarışlarda tank heyətləri minalanmış
sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş
müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank
əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə
tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən
olunacaq.

Teqlər: