Ən yaxşı iş yerlərinin siyahısı: Daha çox maaş…

Ən yaxşı iş yerlərinin siyahısı: Daha çox maaş…

ABŞ-ın Əmək Statistikası Bürosu 2023-cü ilin ən yaxşı iş yerlərini açıqlayıb.

AzerTimes xəbər verir ki, bütün səviyyələrdən iş axtaranlara karyera məqsədlərinə kömək etmək üçün hazırlanan siyahıda ilk 100 işin təxminən 40 faizi səhiyyə sahəsi, texnologiya isə birinci yeri tutub.

Hansı peşələr daha çox maaş verib?

Proqram təminatı tərtibatçısı, praktik tibb bacısı, tibb və sağlamlıq xidmətləri meneceri, həkim köməkçisi və informasiya təhlükəsizliyi mütəxəssisi kimi işlər ən yaxşı peşələr siyahısında ilk beşlikdə yer alıb.

Ən yüksək maaş alan peşələr aşağıdakı kimi sıralanır:

Anestezioloq, ağız və üz-çənə cərrahı, doğuş həkimi, cərrah, ortodontist (stomatologiyanın diş pozuntuları ilə məşğul olan sahəsi), həkim, psixiatr, anesteziya tibb bacısı, pediatr, pilot, diş həkimi, informasiya texnologiyaları (İT) meneceri, ayaq xəstəlikləri uzmanı, maliyyə meneceri, marketinq meneceri, vəkil, neft mühəndisi, protez mütəxəssisi, satış müdiri, əczaçı, oftalmoloq, aktuar (ehtimal metodları tətbiq edən ixtisas sahəsi), proqram təminatı tərtibatçısı, kompüter şəbəkəsinin memarı, politoloq.

Büronun proqnozlarına görə, ABŞ iqtisadiyyatında növbəti 10 ildə xüsusən istirahət, hospitalizasiya, səhiyyə və sosial yardım sektorlarına 8,3 milyon əlavə iş yeri yaradılmalıdır.

Teqlər: