Ən yaxşı həyat keyfiyyəti təklif edən 10 şəhər

Ən yaxşı həyat keyfiyyəti təklif edən 10 şəhər

Sakinlərinə keyfiyyətli həyat təklif edən 10 şəhərin adı açıqlanıb. Siyahıda Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər yer alıb.

AzerTimes xəbər verir ki, “Mercer” qlobal konsultasiya şirkəti bu barədə araşdırma aparıb.

Araşdırma zamanı həyat keyfiyyəti reytinqində siyasi sabitlik, səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni mühit kimi amillər nəzərə alınıb. Bundan başqa, xarici ölkələrdə işçilər və onların ailələri üçün gündəlik həyat təcrübələri də qiymətləndirilib. 5 qitədən 241 şəhər araşdırılıb. Onlardan 10-u seçilib. Həmin şəhərləri təqdim edirik:

Vyana, Avstriya

Sürix, İsveçrə

Ouklənd, Yeni Zelandiya

Kopenhagen, Danimarka

Cenevrə, İsveçrə

Frankfurt, Almaniya

Münhen, Almaniya

Vankouver, Kanada

Düsseldorf, Almaniya

Sidney, Avstraliya.

Teqlər: