Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır – Çavuşoğlu

Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır – Çavuşoğlu

Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”, – XİN rəhbəri söyləyib.

Nazir bildirib ki, region ölkələri Cənubi Qafqazdakı sülh və sabitlik üçün addımlar atılmalıdır:

“Vacib olan budur. Türkiyə Azərbaycanla müttəfiqdir. Şuşa Bəyannaməsi ilə biz rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bunlar kimsə üçün təhdid deyil”.

Teqlər: