Əmrullayev bu xanıma vəzifə verdi

Əmrullayev bu xanıma vəzifə verdi

Elm və Təhsil Nazirliyində yeni təyinatlar olub.

AzerTimes xəbər verir ki, təyinatlarla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmrlər imzalayıb.

Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini isə Günay Rasim qızı Mahmudovaya həvalə edilib.

Teqlər: