Emreli komandasını məğlubiyyətdən xilas etdi

Emreli komandasını məğlubiyyətdən xilas etdi

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) ötən gün növbəti yoxlama matçını keçirib.

AzerTimes xəbər verir ki, Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi “Spartak” (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Teqlər: