Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə tacik
xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və
bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi göndərirəm.

Tacikistan özünün mühüm tərəfdaşının sosial-iqtisadi inkişaf və
beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində qazandığı
nailiyyətlərə səmimi-qəlbdən sevinir.

Dost Azərbaycan ilə qarşılıqlı fəaliyyət Tacikistanın xarici
siyasətində xüsusi yer tutur.

Fərəhlə bildirməliyəm ki, ölkələrimiz arasında zamanın
sınağından çıxmış dostluq və əməkdaşlıq münasibətləri durmadan
inkişaf edir.

Əminəm ki, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük
potensialı tam həcmdə tətbiq etməklə biz birgə səylərimizlə bundan
sonra da səmərəli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və bütün
təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh
və sabitlik, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Teqlər: