Emin Hüseynov Qarabağa böyük qayıdışla bağlı görülən işlərdən danışıb

Keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması və hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə məlumat var.

Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident: Zəfərə davam, zəfərə inam” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi üzrə böyük qayıdış prosesi başlayarkən bütün bunların hamısı nəzərə alınacaq.

“Bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir. Onlar böyük qayıdışla bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti proses ərzində bu iş yekunlaşacaq. Böyük qayıdışın hazırlıq mərhələsinə keçəcəyik”, – deyə o qeyd edib.

Teqlər: