Emin Əmrullayevin orfoqrafik səhvi… – Foto

Emin Əmrullayevin orfoqrafik səhvi… – Foto

Elm və təhsil naziri Emin Əmrullayev Feysbuk hesabındakı paylaşımında orfoqrafiq səhvə yol verib.

AzerTimes xəbər verir ki, “Grammar Azi” səhifəsi nazirin paylaşımına irad bildirib.

Nazir isə “Grammar Azi” səhifəsinin iradına maraqlı bir cavab verib: “Bu işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”.

Qeyd edək ki, nazir öz paylaşımında “Neftçi” klubunun adını dırnaq işarəsi olmadan yazıb. “Grammar Azi” səhifəsi isə bu cür yazılışın səhv olduğunu qeyd edərək nazirə irad bildirib. Emin Əmrullayev daha sonra səhvini düzəldib və “Grammar Azi” səhifəsinə təşəkkür edib.

Teqlər: