Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Emin Ağalarov Kəlbəcərdə konsert verəcək

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə olaraq konsert verəcək.

AzerTimes xəbər verir ki, bu barədə ifaçının özü məlumat verib.

Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq.

“Konsert əsgərlərimizin əhval-ruhiyyəsini dəstəkləmək üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, sadəcə əvvəllər ora getmək təhlükəli idi və bizə icazə vermirdilər”,- Emin deyib.

Teqlər: