Emin Ağalarov dostunu müharibədə itirdi

Emin Ağalarov dostunu müharibədə itirdi

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib.

AzerTimes xəbər verir ki, sənətçi İnstaqram hesabında yaxın dostunun fotosunu paylaşaraq onu müharibədə itirdiyini bildirib:

“Əzizim, Saşa. Deməyə sözüm yoxdur, sən hər zaman bizimlə olacaqsan. Aleksandr Satalkin şərəfli döyüşçü kimi dünyasını dəyişdi. Onu illərdir tanıyıram, yerin cənnət olsun. Ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, ötən ilin fevralında Rusiya Ukraynaya müharibə elan edib.

Teqlər: