Əmək müqavilələrinin sayı 1 milyon 691 mini ötüb

Əmək müqavilələrinin sayı bu il mayın 1-nə 1 milyon 691,9 minə
çatıb.

AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.

Nazirin sözlərinə görə, 3 ildir həyata keçirilən təşviq əsaslı
vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb
olub.

“İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”
və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi
olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə
müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9
minə çatıb.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6
min vahid artaraq 782,5 min olub”, – M.Cabbarov əlavə edib.

Teqlər: