Əmək bazarında problemlərdən biri gənclərin ixtisaslarına uyğun iş tapmamasıdır – Sahil Babayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Son 4 il ərzində 36 min ailə özünüməşğulluq proqramı nəticəsində sahibkarlara çevrilib.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, Azərbaycanda hər il 100 mindən artıq gənc əmək bazarına daxil olur: “Bu baxımdan qarşımızda böyük çağırışlar dayanır və biz bu gənclər üçün dəstək tədbirləri görməliyik”, – deyə nazir bildirib.


S.Babayev vurğulayıb ki, bu gün əmək bazarında mövcud olan problemlərdən biri də gənclərin öz ixtisaslarına uyğun iş tapmamasıdır: “Bu baxımdan gənclərin peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir, həmçinin peşə hazırlığı hər il genişləndiriləcək. Ardıcıl şəkildə aktiv məşğulluq proqramları həyata keçirilir”, – deyə nazir bildirib.

Teqlər: