Embalo Putinin sözünü çatdırdı, “cavab” ABŞ-dan gəldi

Embalo Putinin sözünü çatdırdı, “cavab” ABŞ-dan gəldi

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna üzrə sülh danışıqlarına tezliklə başlamaq niyyətində olmadığını hesab edir.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Vladimir Putinin tezliklə danışıqlar masasına oturmaq arzusu yoxdur”, – o, jurnalistlərə bildirib.

Kirbi gələcəkdə də ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Qvineya-Bisau Prezidenti Umaru Sissoku Embalo ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Putinlə danışdığını və Rusiya liderinin danışıqlara hazır olduğunu ötən gün açıqlamışdı.

Teqlər: