Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin
İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov öz vəzifəsinə bərpa
olunub.
Bunu AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Trend-ə bildirib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb və
E. Məmmədov artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad
ediliəndən AMEA-ya qarşı məhkəmə iddiası qaldırmışdı. Məhkəmə isə
onun işə bərpa olunması ilə bağlı qərar qəbul edib.