Elton Conun son turdan qazancı 1 milyard dollara çatdı

Elton Conun son turdan qazancı 1 milyard dollara çatdı

Britaniyalı müğənni Elton Con hələ başa çatmamış “Freewell Yellow Brick Road” turundan rekord məbləğdə – 887 milyon dollar qazanıb.

AzerTimes xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Məlumata görə, bu il iyulun 8-də baş tutacaq qastrol səfərinin son çıxışından sonra sənətçinin gəliri bir milyard dolları keçəcək:

“Mayın 30-dək olan müddətdə sənətçinin 309 konsertinə 5,7 milyon bilet satılıb. Sözügedən tur bu ilin yanvarında bütün zamanların ən çox gəlir gətirən turu olub. Həmin vaxt qastrol səfəri çərçivəsində 278 konsert keçirilib və ondan 817,9 milyon dollar toplanıb”.

Teqlər: