Elşanka çayı məcrasından çıxdı: Əhaliyə xəbərdarlıq…

Elşanka çayı məcrasından çıxdı: Əhaliyə xəbərdarlıq…

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Elşanka çayı məcrasından çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri Vasili Kozupitsa Teleqram kanalında məlumat verib.

“Elşanka çayı Şorca küçəsində məcrasından çıxıb”, – deyə mer bildirib.

Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Orenburqda çay bəndinin uçması nəticəsində su altında 6300-dən çox ev qalıb.

Teqlər: