Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Elşanka çayı məcrasından çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri Vasili Kozupitsa Teleqram kanalında məlumat verib.
“Elşanka çayı Şorca küçəsində məcrasından çıxıb”, – deyə mer bildirib.
Əhaliyə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Orenburqda çay bəndinin uçması nəticəsində su altında 6300-dən çox ev qalıb.