Elşad Mirinin bu sözləri qalmaqal yaratdı

Elşad Mirinin bu sözləri qalmaqal yaratdı

İlahiyyatçı Elşad Miri qəbir əzabının olmadığını iddia edib. Onun bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları ilahiyyatçını buna görə tənqid, hətta təhqir ediblər. Bəziləri E.Mirinin belə mövzularla insanları dindən uzaqlaşdırmasına çalışdığını bildirib.

İlahiyyatçının bu açıqlamasından sonra sual yaranır: doğrudan da qəbir əzabı varmı?

AzerTimes xəbər verir ki, Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov Globalinfo.az-a açıqlamasında qəbir əzabı haqqında Hz.Peyğəmbərimizdən dəlillər olduğunu bildirib.

Onun sözlərinə görə, Firon əhli qəbir əzabına düçar olacaq:

“Həm hədislərdə, həm də Quranın Mömin surəsinin 46-cı ayəsində bununla bağlı qeyd olunur: “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılırlar”. Qiyamət qopduğu gün isə mələklərə deyiləcəkdir: “Firon əhlini ən şiddətli əzaba salın!” Yəni qiyamətdən əvvəlki dövrə görə onlara cəhənnəm əzabı verilər. Doğrudan da qəbir əzabı var”.

İlahiyyatçı deyib ki, cənnət və cəhənnəmin məqamlarının müəyyənləşməsi axirətdə insanların hesaba qalxmasından sonra olacaq:

“Qəbir əzabı elə qəbir müddətindədir. İnsanı əvvəl qəbir əzabı gözləyir. Adam var ki, namaz qılır, ibadətlərini vaxtında yerinə yetirir, amma digər tərəfdən də ev əhli ilə kobud rəftar edib, qonşulara, tanışlara qarşı zülmkar olur. Onlar mütləq qəbir əzabına düçar olacaqlar. Hər kəs etdiyi əməllərin hesabını ödəməlidir”.

Din xadiminin dediklərinə görə, bəzi davranışlarda mömin olsaq da, qəbir əzabına səbəb ola bilər:

“Peyğmbərimiz (s.ə.s) buyurub ki, qəbir evləri iki şeydən başqa bir şey deyil. Ya cənnətdən bir guşədir, ya cəhənnəmdən bir çuxurdur”.

İlahiyyatçı Əkrəm Həsənli deyib ki, qəbir əzabını inkar edən müsəlman ola bilməz:

Azərbaycanın sələfi lideri bir qrup ilahiyyatçı alimi hədələdi – 08.04.2016, Sputnik Azərbaycan

“Bunu deyən adam Allahı inkar edərək çərçivədən çıxıb. Qəbir əzabı ilə bağlı Quranda ayə də var. İnsanlar hər dəfə namazlarında qəbir əzabından Allaha sığınır. Hətta Quranda açıq şəkildə fironlara gecə və gündüz əzab olunacağı deyilir. Bundan başqa, Peyğəmbərimizin (s.ə.s) qəbir əzabının olması haqda etibarlı hədisləri var”.

Teqlər: