Əliyevin Qazaxıstan səfəri – Yerbolu unutmadıq…

Əliyevin Qazaxıstan səfəri – Yerbolu unutmadıq…

Prezidentin Qazaxıstan səfəri zamanı çox təəssüf ki, nə biz, nə də Qazaxıstan Qarabağ uğrunda iştirak edən, canını Azərbaycan üçün qoyan, II Şəhidlər Xiyabanında dəfn edilən qazax balası Yerbol Turexanulu Barımbetov yada saldıq.

1974-cü il yanvarın 1-də Qazaxıstanın Luqovski rayonunun Koraqatı kəndində anadan olub. 1993-cü ilin fevral ayında 776 saylı tabora xüsusi təyinatlı kimi qəbul olunmuşdu. 1992-ci ilin payızından 1993-cü ilin fevral ayına qədər 6 ay müddətində Qazaxıstanın Kapçekay hərbi desant bazasında əsgərlik xidməti keçmişdi. 1991-ci ildə Xocavəndin Qarakənd üzərində vurulan helokopterdə şəhid olan milis polkovniki Saylau Serikovun və Qarabağda qətl edilən azərbaycanlıların qisasını almaq üçün bura gəldiyini bildirmişdi.

Azərbaycan Ordusunda kəşfiyyatçı kimi xidmətə başlayan Yerbol Murovdağda və Tərtər-Ağdərə zonasında döyüşüb. 1993-cü il mayın 2-də Bakıya 472-ci kəşfiyyat batalyonunda xidmətə göndərilib, həmin batalyonla birlikdə dövlət əhəmiyyətli bir çox əməliyyatlarda iştirak edib. Kəşfiyyat qrupuna rəhbərlik edib, 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqlar yerinə yetirib. 1994-cü ilin fevralından hissə Tərtər-Ağdərə zonasında döyüşüb və Yerbol kəşfiyyat qrupunun komandiri olub. 1994-cü ilin martında bir qrup kəşfiyyatçı pusquya düşüb, Yerbol qrupu xilas edərkən ağır yaralanıb. O, təxliyə edilərək Tərtər xəstəxanasına aparılıb. Lakin dostlarının döyüşə girdiyini öyrəndikdən sonra tam sağalmadan hərbi hissəyə qayıdıb.

Çoxları bilməsə də, kəşfiyyatçı kimi Yerbol Barımbetov 366-cı alayın Xocalıya hücum etməsini ilk dəfə Azərbaycan tərəfə xəbər verib. Amma çox heyf ki, o zamankı rəhbərlik cəsur kəşfiyyatçının məlumatını ciddi qəbul etməyib.

Yerbol Barımbetov Qazax və Kəlbəcər, Ağdərə uğrunda gedən döyüşlərdə həm də kəşfiyyatçı kimi xüsusilə seçilib. 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırılıb. Atəşkəs elan olunmasına az qalmış, 1994-cü ilin 20 aprelində Yerbol Barımbetov sonuncu döyüşündə yaralanaraq şəhid olub.

Ruhun şad olsun!

Teqlər: