Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin keçirilməsi ideyasını müzakirə etməyiblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Belə bir mövzu qaldırılmayıb”, – deyə o, jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Astana şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilib.