Əliyev özünü Münhendə bu cür apardı – Baqdasaryan

Əliyev özünü Münhendə bu cür apardı – Baqdasaryan

Əliyevlə Paşinyanın görüşü göstərdi ki, Ermənistan Rusiyadan fərqli olaraq Qərb platformasında özünü çox rahat hiss etdiyini düşünür, amma Azərbaycan özünü həm Qərb, həm də Rusiya platformalarında eyni dərəcədə rahat hiss edir. Təsadüfi deyil ki, Münhendə də Bakı digər məkanlarda olduğu da eyni tələbləri irəli sürür. Yəni orada da bildirdi ki, son eskalasiyanın səbəbkarı erməni tərəfi olub, eyni zamanda, Ermənistandan qanunvericiliyin dəyişdirilməsini, Bakıya qarşı ərazi iddialarından əl çəkməsini tələb etdi. Qərb heç bir şəkildə buna qarşı durmadı, Azərbaycana kəskin və ya məqsədyönlü reaksiya olmadı.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti Əliyev ilə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən görüşün yekunlarını şərh edərkən deyib.

“Əliyev Qərb platformalarında özünü rahat hiss etdiyini nümayiş etdirdi, çünki o, Qərb siyasətinin praqmatik maraqlara, o cümlədən iqtisadi və enerji maraqlarına söykəndiyini çox gözəl anlayır. Bu platformada Azərbaycan özünü Qərbin, Qərb də Azərbaycanın mühüm tərəfdaş hesab edir. Ermənistan hakimiyyətinin görüşlərinə gəlincə, Şolts və Britaniya məxfi kəşfiyyatının rəhbəri ilə, yəni Rusiyanın özünə bir nömrəli düşməni hesab etdiyi bütün strukturlarla görüş göstərdi ki, Paşinyan əksinə, Qərbdə Rusiyanı təxribata çəkməkdən, hiddətləndirməkdən çəkinmir. Bu, başadüşülən deyil, çünki bunun müqabilində heç kim Qərbdən dəstək təklif etməyib və heç bir dəqiq vəd verməyib. Düşünürəm ki, Paşinyan sadəcə olaraq Qərbin bizi xilas edəcəyinə ümid edərək avantüraya əl atır. Ermənistanın gələcəyini və suverenliyini masaya qoyur. Buna “rus ruleti” də deyə bilərsiniz, baxmayaraq ki, rus ruletində sağ qalma ehtimalı 84,4%-dən yüksəkdirsə, Ermənistanın zərərsiz çıxmaq ehtimalı daha azdır. Bu çox çətin vəziyyətdə İrəvanın hazırki siyasətdən zərərsiz çıxmaq şansı azdır. Amma Nikol bu riskə getmək hüququ olmadan gedir. O öz əmlakını və ailəsinin əmlakını masanın üstünə qoya bilər, amma heç vaxt dövlətçiliyimizin və xalqımızın gələcəyini qoya bilməz. Bunu nəzərə almadan o, avantürist siyasətə əl atır ki, bunun da nəticələri çox ağır olacaq”, – o bildirib.

Teqlər: