726-cı gün: Rusiyanın itkiləri açıqlandı

726-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 726-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 403 720 hərbçi, 6 498 ədəd tank, 12 232 ədəd zirehli döyüş maşını, 9 733 ədəd artilleriya sistemi, 986 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 677 hava hücumundan müdafiə sistemi, 336 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 767 ədəd avtomobil texnikası, 7 460 ədəd PUA, 1 898 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 545 xüsusi avadanlıq itirib.

Teqlər: