Əliyev haqlıdır: Qərb Ermənistanı silahla doldursa… – Razuvayev

Əliyev haqlıdır: Qərb Ermənistanı silahla doldursa… – Razuvayev

Bu gün Ermənistan açıq şəkildə Rusiyanı müttəfiq kimi mənfi səciyyələndirməyə çalışır. Həm də Azərbaycanı mənfi səciyyələndirir. Beləliklə, İrəvan özü Rusiya və Azərbaycanı barrikadanın eyni tərəfində qoyur.

AzerTimes xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev deyib.

“Rusiya ilə Azərbaycanı, eləcə də Ermənistanı tarixi, mədəni və sosial bağlar birləşdirir. Bakı bu əlaqələrin saxlanmasının vacibliyini dərk edir, amma İrəvan bu gün onlardan qurtulmaq və açıq şəkildə tapdalamaq üçün hər şeyi edir. Ermənistan barrikanın o biri tərəfində dayanır”, – o bildirib.

Razuvayevin sözlərinə görə, ABŞ və Fransanın Azərbaycana qarşı mövqeləri təəccüblü deyil, çünki onlar nəinki suveren dövlətlərə dözə bilmirlər, hətta Qərbdə də türkçülük və islamofobiyadan əziyyət çəkirlər:

“Qərbdə elə göstərirlər ki, bunun əleyhinədirlər və tədricən Ermənistana qucaq açırlar, amma əslində bu, qucaqlaşma deyil, ölümcül tələdir.​ Qərb Paşinyanın timsalında regiona bomba hazırlayıb. Amma Fransa və ya digər AB ölkələri Ermənistanı silahla, öz ordusu ilə, kəşfiyyatı ilə doldursa, yeni müharibə başlasa belə, bu müharibədə sadəcə İrəvan parçalanacaq, dövlətçiliyini itirəcək. Paşinyan isə ən yaxşı halda Qərbə qaçacaq. Azərbaycanda oxşar vəziyyət yarana bilməz, çünki ölkədə güclü, ağıllı hökumət var. Qərb isə buna təzyiq edə bilməz. Bu gün rəsmi Bakı nümayiş etdirir ki, o, həm diplomatik, həm də hərbi müstəvidə cavab verməyə hazırdır. Cənab Əliyev ABŞ və Fransa ilə bağlı öz şərhində haqlıdır”.

Teqlər: