Əliyev Blinkenə elan etdi – Lavrov bilir, İrəvan da…

Əliyev Blinkenə elan etdi – Lavrov bilir, İrəvan da…

Nə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana səfərləri, o cümlədən azərbaycanlı və erməni həmkarlarıyla mütəmadi görüşləri, nə də ABŞ Dövlət katibi Entoni Blinkenin Bakıya və İrəvana tez-tez etdiyi telefon zəngləri sülh prosesini sürətləndirir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev Entoni Blinkenlə bugünkü telefon danışığında Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü bir daha onun diqqətinə çatdırıb:

“Lavrov bundan xəbərdardır. Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılacağını anlayıblar. Bir sözlə, hamı bu və ya digər şəkildə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulacağına hazırdır. Sərhəd-keçid məntəqəsi bütün nəqliyyat vasitələrinin, o cümlədən Rusiya hərbi kontingentinə aid olanların da yoxlanılmasını diktə edəcək”.

Teqlər: