Əliyev Bərzanini Bakıya dəvət etdi

Əliyev Bərzanini Bakıya dəvət etdi

İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub.

AzerTimes xəbər verir ki, dəvət Prezident İlham Əliyevin fevralın 17-də Münhendə Neçirvan Bərzani ilə görüşü zamanı gerçəkləşib.

Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.

Teqlər: