Azərbaycan Prezidenti İlham Əliyev və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.
AzerTimes xəbər verir ki, bununla bağlı müzakirələr Bakıda səfərdə olan H.Ə.Abdullahiyan iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.