Əlişir Usmanovun 54 milyonluq əmlakına həbs qoyuldu

Əlişir Usmanovun 54 milyonluq əmlakına həbs qoyuldu

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı iş adamı Əlişir Usmanova məxsus olduğu iddia edilən 2 milyard qrivna (təxminən 54,35 milyon dollar) dəyərində dəmir filizi yükünə həbs qoyub.

AzerTimes xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində 160 min tondan çox Ukrayna dəmir filizi ehtiyatının saxlandığı Rusiyanın gizli anbarlarının yeri müəyyən edilib. Aşkar edilmiş dəmir filizi partiyasının rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib”, – Ukrayna TX-nin məlumatında qeyd olunub.

Bildirilib ki, xammal Ukraynanın bir neçə dəniz limanının ərazisində tapılıb.

Teqlər: