Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub

Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin
artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi
faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin
mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq
işçi qrupun iclasında vurğulanıb.

İclasda yeni meyarların üstünlükləri qeyd olunub. Bildirilib ki,
həmin meyarlar əsasında şəxsin 7 istiqamət – özünəqulluq, sərbəst
hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə,
öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma
dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.


Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı
yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan
şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o
cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə
sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi
məsələləri, müvafiq təkliflər müzakirə olunub.

Teqlər: