Əlillərə illik sosial ödəniş xərcləri artıb

Əliliyi olan şəxslərə illik sosial ödəniş xərcləri son 4 ildə 65% və ya 736 mln. manat artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əlilliyi olan şəxslərə pensiya və ya müavinət, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir

“Bütün bu ödənişlər üzrə illik xərclər 2018-2021-ci illərdə 65% və ya 736 mln. manat artıb. İllik xərclərdə əlilliyə görə pensiyalar üzrə 44%, əlilliyə görə müavinətlər üzrə 2,6 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə ödənilən təqaüdlər üzrə 4 dəfə artım olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödənişlər üzrə isə illik xərclər 54% artıb”, – məlumatda deyilir.

Teqlər: