İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik.
AzerTimes xəbər verir ki, bu sözləri Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bu gün keçirilən iclas zamanı deyib.
“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”, – o bildirib.
İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə də Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini açıqlayıb.